Məktəb direktoru məhkəmə zalındaca həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A. Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Salahov məhkəmə zalından həbs edilib. Qeyd edək ki, A. Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, attestat düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunur.Apa

DİGƏR XƏBƏRLƏR

Top