Ərdoğan: “Qərbə təhsil almaq üçün gedənlər casus olurlar”

“Təhil almaq üçün Qərbə gedənlərin çoxu oranın ancaq mədəniyyətini mənimsəyib mənliklərini itirərək ölkələrinə geri dönürlər”.

“Yeniavaz.com”un xarici mətbuata istinadən veridiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyədən xaricə təhsil almağa gedənlər Qərbin könüllü casus olurlar.

Ərdoğan ABŞ-da iştirak etdiyi tədbirdə onu da deyib ki, təxminən iki əsrdi Avropa ölkələrinə tələbə göndərirlər: “Osmanlı dövlətinin son illərində dövlətin zəifləməsinin qarşısını almaq üçün idarəçilər tərəfindən Qərbə tələbə göndərmək həll yolu olaraq görülürdü. Buradakı məqsəd Qərbin elmini öyrənmək, savadlı insanlarla dövləti böhrandan çıxarmaq idi. Niyyət səmimi olsada, ancaq bu məqsədə hələ nail olmamışıq”.

Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan daxil olmaqla bir çox AKP-linin (Ədalət və İnkişaf Partiyası) övladları ABŞ və Avropada təhsil alıblar.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top