"Bakıda bəzilərinin ümidi puça çıxdı"

"Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı qüvvədə saxladı. Müəyyən ümidlər var idi ki, məhkənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq. Olundu və Bakıda bəzilərinin ümidi puça çıxdı". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Bu o deməkdir ki, Rusiyanın hakim dairələrində Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür. Halbuki, bir neçə gün əvvəl Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı. Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular.

Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar sonra da konfransda bizimkilərə sual edirlər ki, "niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?" Rusiyanın Azərbaycandakı "5-ci kolonunun" ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə xozeyinlərinə deyə bilmirlər ki, bəs axı Sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də "işimizi" çətinləşdirirsən"...

Politoloq Ermənistan hakimiyyəti və erməni lobbisinin Çexiyanın Azərbaycana hərbi texnika satmasından xeyli narahat olması, saytlarının hər gün bu barədə yazmasına da münasibət bildirib: "Azərbaycan ordusu bir neçə gün əvvəl başlanan hərbi təlimlərdə Çexiyadan aldığı hərbi texnikadan da istifadə edir. Müdafiə Nazirliyi həmin hərbi texnikanı internetdə paylaşmaqla erməni separatçılarını daha çox qıcıqlandırıb.

İrəvanın narahatlığının səbəbi bəllidir. Avropa İttifaqı dövlətləri Dağlıq Qarabağ münaqişəsinə görə illərdir nə Ermənistana, nə də Azərbaycana silah satır, yəni faktiki hər iki ölkəyə qarşı qeyri-rəsmi embarqo tətbiq edilir. Azərbaycan Çexiyadan hərbi texnika almaqla bu embarqonu yardı və ermənilər qorxular ki, sabah İtaliya, Fransa və digər Avropa istehsalı silahlar da Azərbaycan ordusunda peyda ola bilər. Narahatlıqlarında haqlıdırlar. Avropa İttifaqı ölkələri görürlər ki, Azərbaycan Rusiyadan və İsraildən silah və hərbi texnikanın alışına on milyardarla dollar xərcləyir, ortada böyük müqavilələr və böyük pullar var. Avropa ölkələrinin bir çoxunda da silah və hərbi texnika istehsalı var və onlar da Rusiya və İsrail kimi silah satışından qazanmaq istəyirlər".

DİGƏR XƏBƏRLƏR

Top