Tibb elmləri doktoru: Xərçəngin müalicəsi bahadı, amma dünyanın hər yerində bunu sığorta qarşılayır

Son 10 ildə ölkəmizdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı təxminən 2 dəfəyə yaxın artıb.

“Yeniavaz.com” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əgər 2005-ci ildə 23 min insan bu xəstəlikdən əziyyət çəkirdisə, 2015-ci ildə bu göstərici 40 mini ötüb. Ölkəmizdə süd vəzi, mədə, ağciyər xərçənginə tutulmuş xəstələrin sayı daha çoxdur. "Şiş" xəstəliyi də deyilən bu bəlanın azda olsa qarşısının alınması üçün nə etmək lazımdır?

“Yeniavaz.com”un sualını tibb elmləri doktoru, onkoloq-alim Adil Qeybulla cavablandırdı. O bildirdi ki, xərçəng xəstələrinin xüsusi çəkisi, ümumi xəstələnmə sayında bütün dünyada artma tendensiyası ilə gedir: “Bunun səbəbləri çoxdur. Ekoloji probelm, qida təhlükəsizliyi, su problemi, dərmanlar və s. bütün bunlar bu prosesdə rol oynayır. Xərçəng xəstəliyinin törədicilərinin sayının xüsusi çəkisinin artması Azərbaycanda da dünya statistikasına uyğun olaraq artır. Ölkəmizdəki problem elə dünyadakı ilə eynidi. Məsələn, sübut olunub ki, 1 kub metr havada nano qram binzo prent törəməsi varsa bu artıq hər 20 nəfərdən birində xərçəng olmasına gətirib çıxarır. Bundan başqa siqaret çəkənlərin sayının artması, keyfiyyətsiz qidalar, tərkibində müxtəlif ziyanlı emulqatorlar, inqrediyentlər olan qidalar və bunların xüsusi çəkisinin artması orqanizmi zəiflədir. Nəticədə orqanizmin bu xəstəliyə tutulması asanlaşır. Xərçəng zəif metobolizmi sevir. Bunun yolu ondan ibarətdir ki, Azərbaycana mümkün qədər idxal olunan ərzaqların keyfiyyət parametrlərini yüksəltmək, ərzaq təhlükəsizliyinə diqqət etmək lazımdır. Əhalini aktiv idamana yönəltmək lazımdır. İnsanlar bədənə daxil olan və çıxan kalori arasında balans yarada bilməlidirlər. Amma təəssüf ki, əksinə, insanlar çoxlu qida qəbul edirlər, az hərəkət edirlər, bunun da xərçəng şişinin əmələ gəlməsində rolu var”.

Alimin sözlərinə görə, xərçəng xəstələrinin çoxu elə dövrdə aşkar oluna bilər ki, onlar tam sağala bilər və yaxud uzun müddət xəstələrin həyat fəaliyyəti təmin oluna bilər: “Bu xəstəliklə mübarizə aparılmalıdır. Xəstəlik təyin olunubsa, mütləq xəstənin yaşam şərtləri nəzərə alınmalıdır. Bu cür xəstələrdə tam diaqnostikadan sonra situasiya aydınlaşdırılmalıdır. Ondan sonra qərar verilməlidir”.

Tibb emləri doktoru xərçəngin müalicəsinin baha olmasından da danışdı. Bildirdi ki, dünyanın hər yerində xərçəngin müalicəsi bahadı, amma dünyanın hər yerində bunu sığorta qarşılayır.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top