Nazirlikdən "Təfəkkür" Universiteti tələbələrinin köçürülməsi ilə bağlı açıqlama

Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Təhsil Nazirliyindən bildirilib ki, artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır. Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır. Nazirlik tələbələrə gələcək taleləri barədə indidən düşünməyi məsləhət görüb.Apa

DİGƏR XƏBƏRLƏR

Top