Qətər Türkiyəyə maye qaz tədarük edəcək

Qətərin “Qatargas” və Türkiyənin BOTAŞ şirkətləri arasında 3 il müddətinə maye qaz (LNG) ticarəti sazişi imzalanıb.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, Qətərin qaz şirkəti saziş çərçivəsində Türkiyəyə 3 il ərzində illik 1,5 milyon ton maye qaz tədarük edəcək. Saziş 1 oktyabr tarixindən etibarən qüvvəyə minəcək. Saziş çərçivəsində Türkiyəyə nəql ediləcək maye qaz “Egegaz”, “Mərmərə” və “Etki LNG” terminallarına tədarük olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top