İngiltərədə yeni doğulmuş körpələrə ən çox hansı adlar verilir?

Məhəmməd kişi adı ötən il İngiltərə və Uelsdə valideynlərin yeni doğulmuş oğlan uşaqlarına verdikləri ən populyar adlar siyahısında səkkizinci yeri tutub. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Milli Statistika Xidmətinin hesabatında deyilir. 2016-cı ildə İngiltərə və Uelsdə 3908 körpəyə Məhəmməd adı verilib. Kişi cinsindən olan körpələr arasında ən populyar ad Oliver olub (6,6 mindən çox). Siyahıda sonrakı yerləri müvafiq olaraq, Harri və Corc, Cek, Ceykob, Noy, Çarli, Tomas və Oskar tutublar. Yeni doğulmuş qız uşaqları arasında ən populyar ad Oliviya olub (5,5 mindən çox). Sonrakı yerləri ardıcıl olaraq Ameliya (4,7 mindən çox), Emili (3,5 mindən çox), Ayla, Ava, İzabella, Lili, Cessika, Ella və Miya tutublar. Ötən il İngiltərə və Uelsdə cəmi 696 min körpə doğulub.

DİGƏR XƏBƏRLƏR

Top