İstanbula ən çox hansı ölkə vətəndaşları səfər edir?


İstanbul yanvar-avqust ayında 6 milyon 952 min 86 xarici turist qarşılayıb. Türkiyə mətbuatı xəbər verir ki, İstanbula gələnlər arasında Səudiyyə Ərəbistanı, İran və Almaniya vətəndaşları üstünlük təşkil ediblər. Statistika göstərir ki, son bir neçə ildə ərəb ölkələrindən İstanbula gələn qonaqların sayı artır.

Ötən ilin yanvar-avqust ayında Ərəb ölkələrindən 1 milyon 303 min 631 turist İstanbula səfər edib. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 36,7 faiz artaraq, 1 milyon 782 min 536 nəfər təşkil edib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top