Kataloniyanın rəsmi qurumlarında axtarışlar aparılıb: saxlanılanlar var

İspaniya Mülki Qvardiyası Kataloniyada müstəqillik haqqında referenduma hazırlıqla bağlı 12 nəfəri saxlayıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Telekommunikasiya və İnformasiya Texnologiyaları Mərkəzinin, Sosial, iqtisadi və maliyyə məsələləri, xarici işlər üzrə idarənin əməkdaşları var. Onlardan bəziləri referendum haqqında materialların paylanmasında iştirak edib. Qvardiyaçılar, həmçinin Kataloniyanın İqtisadi departamentinin rəhbəri Jozep Mariyanı saxlayıblar. Hökumət və digər qurumların binalarında axtarışlar aparılıb. Qvardiyaçılar referenduma hazırlıqla əlaqəli sənədlər axtarıblar.

Xatırladaq ki, Kataloniya hakimiyyəti müstəqillik haqqında referendumu oktyabrın 1-də keçirməyə hazırlaşır. Lakin İspaniya hökuməti onu tanımır. İspaniya Konstitusiya Məhkəməsi səsvermə üzrə bütün sənədlərin fəaliyyətini dayandırıb. Bununla da Kataloniya hakimiyyətinin referenduma hazırlıq üzrə gələcək fəaliyyəti qanunsuzdur.

DİGƏR XƏBƏRLƏR

Top