Şeyxülislamın qudasının oğlunun şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.

Hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Apa

DİGƏR XƏBƏRLƏR

Top