Tramp: "ABŞ KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq"

"ABŞ özü və ya müttəfiqləri üçün təhlükə yaranacağı təqdirdə, Şimali Koreyanı tamamilə məhv etmək məcburiyyətində qalacaq".

Bu barədə BMT Baş Assambleyasının ümumsiyasi müzakirələri zamanı ABŞ prezidenti Donald Tramp deyib.

"Birləşmiş Ştatlar böyük güc və dözümlülüyə sahibdir. Lakin özümüzü və müttəfiqlərimizi müdafiə etməli olsaq, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən başqa çıxış yolumuz qalmayacaq", - Amerika lideri deyib.

ABŞ prezidentinin fikrincə, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünü məhvetmə siyasətini həyata keçirir.

O, BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı yeni sanksiyalarını dəstəklədiyinə görə, Rusiya və Çinə minnətdarlığını bildirib və bu səylərin intensivləşdirilməsinin vacib olduğunu deyib. Report

DİGƏR XƏBƏRLƏR

Top