Amerikalı həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklər

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq. Bu barədə amerikalı həmsədr məlumat verib. O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib. Azərbaycan prezidenti İlham Əliyev də sessiyada iştirak etmək üçün Nyu-Yorka səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top