“Kalaşnikov avtomatı Rusiyanın müdafiəsi üçün heç vaxt istifadə olunmayıb”

Rusiyanın məşhur “Maşina vremeni” musiqi qrupunun lideri Andrey Makareviç atıcı silahın konstruktoru Mixail Kalaşnikovun yeni abidəsini tənqid edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, musiqiçi “Facebook” səhifəsində yazıb ki, Kalaşnikov avtomatı ölkənin müdafiəsi üçün heç vaxt əslində istifadə olunmayıb, çünki Böyük Vətən müharibəsi başa çatdıqdan sonra yaradılıb. A. Makareviç, həmçinin abidəni “yarıtmaz” və eybəcər adlandırıb. O bəyan edib ki, belə abidə hətta sovet dövründə təqdir qazanmazdı: “Niyə öz şəhərimizi belə eybəcərləşdiririk, bütün dünya qarşısında biabır oluruq?”. Qeyd edək ki, M. Kalaşnikovun abidəsi Moskvada açılıb. Heykəlin müəllifi Rusiyanın xalq rəssamı Salavat Şerbakovdur.

DİGƏR XƏBƏRLƏR

Top