Myanma hökuməti müsəlmanlara yardıma icazə verməyib


Myanma hökuməti Arakandakı müsəlmanlara humanitar yardım aparılmasına icazə vermir. Bunu BMT-nin sözçüsü Stefane Dujarric gündəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, BMT Myanma hökumətindən Arakan əhalisinə humanitar yardım aparılması ilə bağlı icazə istəyib: “Hökumət BMT-nin istəyini təmin etmədi. Myanmada hadisə baş verən bölgədə 300 min insanın qidaya, 170 min nəfərin tibbi xidmətə, 55 min hamilə qadının isə əlavə qidalanmaya ciddi ehtiyacı var”. BMT-nin sözçüsü deyib ki, onlar icazə verilmədiyindən hadisə baş verən bölgələrə girə və ora ilə bağlı xəbərləri təsdiqləyə bilmirlər. S.Dujarric avqutsun 25-dən indiyədək Myanmadan Banqladeşə 415 min nəfərin sığındığını vurğulayıb.Report

DİGƏR XƏBƏRLƏR

Top