Moskvada 8 idarə təxliyyə olundu

Moskvada səhər yenə həyəcanlı açılıb. Paytaxt hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Moskvada minalanmış obyektlər barədə anonim zəng alındıqdan sonra 8 idarənin əməkdaşları təxliyyə edilib. Məlumata görə, partlayıcı qurğuların Lyublino, Vnukovo, Basmannıy, Boqorodskoye, Kuzminki, Naqorniy, Solnsevo və Lefortovo rayon idarələrinə qoyulması barədə anonim zənglər qəbul olunub. Qeyd olunur ki, anonim zənglərlə əlaqədar hər idarədən 50-250 adam təxliyyə edilib.Trend

DİGƏR XƏBƏRLƏR

Top