Təlim vaxtı vertolyot tamaşaçıların üzərinə raket buraxdı VİDEO

Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda "Qərb-2017" təlimləri zamanı fövqəladə hadisə baş verib. "Ка-52" helikopteri təsadüfən tamaşaçılara tərəf raket buraxıb. "66.ru" portalı xəbər verir ki, tamaşaçılardan iki nəfər yaralanıb. Mənbənin məlumatına görə, "hava-yer" raketləri ehtiyatsızlıqdan buraxılıb və raketin hissələri jurnalistlərə dəyib. Hadisə zamanı iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb. İlkin məlumatlara görə, bədbəxt hadisə sentyabrın 17-də və ya 18-də baş verib, bu haqda rəsmi məlumat yayımlanmayıb. Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.Report

Vertalyot

DİGƏR XƏBƏRLƏR

Top