Türkiyəlilər acı bibəri niyə sevir: faydaları açıqlandı

Bəzi toplumlar keçmiş zamanlardan üzü bəri ağrını azaltmaq üçün acı bibərdən istifadə edirlər. "Yeniavaz.com" xəbər verir ki, hələ o vaxt insanlar acı bibərin niyə ağrıkəsici effekt verdiyini tam başa düşə bilməsələr də, faydalı olduğunu gördükləri üçün istifadə edirdilər. Alimlər kiçik bir araşdırma ilə acı bibərin ağrını necə kəsdiyini müəyyənləşdiriblər.

Alimlərin araşdırmasını dərindən öyrənən türkiyəli nevroloq Okan Bölükbaşı bunları qeyd edib: "Acı bibər çox olmamaq şərti ilə yeyilməsi insan orqanizmi üçün çox faydalıdır. Hətta mən deyərdim ki, acı bibər dünyanın ən yaxşı və ucuz dərmanı olmağa namizəddir".

Onun sözlərinə görə, artıq acı bibərin revmatizma ağrılarının sakitləşdirilməsində, şəkəri azaltmaqda, damar sərtliyini önləmək məqsədi ilə istifadəsinə başlanılıb.

Acı bibərin beyində endorfin ifrazına səbəb olduğunu qeyd edən O. Bölükbaşı bunun təbii ağrıkəsici demək olduğunu bildirib: "Acı bibər bundan başqa sinirlərin yumşalmasına səbəb olur ki, bununla ifraz olunan endorfin vücuda ağrıkəsici təsir göstərir. Bundan başqa, acı bibər həzmə yardım edir, iştah açır, qanda xolestrolu azaldır. Acı bibər tərkibində olan antioksidant və C vitamini ilə orqanizmi xərçəng və infarktdan da qoruyur".

DİGƏR XƏBƏRLƏR

Top