İsti hava şəraiti davam edəcək

“Yaxın 3 gün ərzində ölkə ərazisindəki isti və yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, mülayim cənub – şərq küləklərinin üstünlüyü müşahidə olunacaq, havanın temperaturu Bakıda 30 – 35, bölgələrdə 31 – 36, dağlıq ərazilərdə isə 21 – 26 dərəcə arasında dəyişəcək. G. Məmmədova qeyd edib ki, sentyabr ayında isti və yağmursuz hava şəraitinin müşahidə olunması ölkə üçün xarakterikdir.

DİGƏR XƏBƏRLƏR

Top