“Range Rover” dəvə ilə toqquşdu, 5 nəfər öldü

Qazaxıstanın Alma-Atı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb. "RİA Novosti"nin xəbərinə görə, bu barədə vilayət üzrə Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb. Hadisə bu gecə “Qərbi Avropa-Qərbi Çin” yolunda baş verib. 43 yaşlı qadın tərəfindən idarə olunan avtomobil Aydarlı kəndi yaxınlığında dəvə ilə toqquşub. Baş verən qəza zamanı sürücü və 3 sərnişin hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Sahibinin hələlik müəyyənləşdirilmədiyi dəvə də hadisə yerində tələf olub.Apa

DİGƏR XƏBƏRLƏR

Top