Bibisi oğlunu döyərək öldürdü

Masallı rayonunda ötən gün döyülən şəxs xəstəxanada ölüb. Hadisə Masallının Qızılağac kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Allahverdiyev orada dünyasını dəyişib. Hadisəni törədən şəxs saxlanılıb. Fakt araşdırılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top