Rusiyada Putinin hüquqlarını məhdudlaşdırmaq istəyirlər


"Yabloko" siyasi partiyasının fraksiyaları üç regional qanunverici iclasda prezidentin hərbi qüvvəni xaricdə istifadə etmək hüququnu məhdudlaşdıran qanun layihəsi təklif edib. Bu barədə "Dojd" məlumat verir. Partiya tərəfindən təklif olunan düzəlişlərdə deyilir ki, Rusiya silahlı qüvvələrinin ölkə xaricində operativ istifadə müddəti 60 gündən, qeyri-operativ isə bir ildən çox olmamalıdır. Prezident istifadə müddətlərini uzatmaq uçun Federasiya Şurasına müraciət etməlidir. Düzəlişlərin Müdafiə haqqında qanuna daxil edilməsi planlaşdırılır.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top