Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayrıldı

ABŞ Senatının qəbul etdiyi büdcə layihəsi Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardımın ayrılmasını nəzərdə tutur. Bunu Ukrayna prezidenti Petro Poroşenko özünün “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, sənədlə rəsmi Kiyevə müdafiə xarakterli letal (öldürücü) silahların verilməsi təsdiqlənib. Qeyd edək ki, bu gün ABŞ Senatı milli müdafiə xərclərinə dair 700 milyard dollarlıq büdcə layihəsini səs çoxluğu ilə qəbul edib.Apa

DİGƏR XƏBƏRLƏR

Top