BMT-də islahatın aparılmasına dair bəyannaməni 128 ölkə imzaladı

ABŞ-ın BMT-də islahatın aparılmasına dair təklif etdiyi bəyannaməni 193 ölkədən 128-i imzalayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli deyib. Onun sözlərinə görə, bəyannaməni imzalamış ölkələrin sayının hesablanması davam edir: “BMT-nin tarixində yeni gün başlayıb, onun işində dəyişikliklər olacaq. ABŞ-ın təşəbbüsünün bu səviyyədə dəstəklənməsi olduqca lazımi islahatların aparılmasına nail olmağa imkan verəcək”. N. Heyli əlavə edib ki, sənədi ümumilikdə 70 ölkə imzalamayıb. Bəyannaməni imzalamayan ölkələr arasında Rusiya, Çin və Fransa da var.

Qeyd edək ki, ABŞ-ın 10 bənddən ibarət hazırladığı bəyannamə BMT-də səmərəli və məqsədəuyğun islahatın aparılmasını nəzərdə tutur. Bundan başqa, BMT-nin əməkdaşlarının ştat sayının, o cümlədən təşkilatın əsas orqanlarının sayının azaldılması təklif edilir.

DİGƏR XƏBƏRLƏR

Top