Tacikistanda yasda yemək təklif etmək, üz cırmaq, saç yolmaq qadağan edildi

Tacikistanda Dini İşlər Komitəsi, Üləma Şurası və İslamşünaslıq Mərkəzi yas mərasimlərinin keçirilməsi və başsağlının verilməsi üzrə vətəndaşlar üçün dərslik çap ediblər. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, qaydalara əsasən, dəfn və yas mərasimləri Tacikistanda rəsmi qəbul edilmiş Hənəfi məzhəbinə, yaxud respublikanın xalq və millətlərinin adət və ənənələrinə uyğun keçirilməlidir. Yas zamanı təskinlik üçün ağlamağa icazə verilir, lakin uca səslə ağı demək, başa torpaq səpmək, üz cırmaq və saç yolmaq qadağan olunur. Dəfn və yas mərasimləri mal-qara kəsilmədən və yemək təklif edilmədən keçirilməlidir. Mərasimin keçirilməsinin digər ünsürləri də ətraflı tənzimlənib.

DİGƏR XƏBƏRLƏR

Top