PSJ-də cərimə zərbələrini vurmaq üstündə dava düşüb

Fransa çempionatında PSJ-nin “Lion”u 2-0 hesabı ilə məğlub etdiyi oyunda maraqlı hadisələr yaşanıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, xoşagəlməz insident futbolçular Edinson Kavani, Neymar və Dani Alves arasında baş verib. Belə ki, E. Kavani PSJ-nin qazandığı cərimə zərbəsini vurmaq istəyərkən D. Alves gələrək topu uruqvaylının əlindən alıb. E. Kavani təkid etsə də braziliyalı topu verməyib. D. Alves topu Neymara verib. Cərimə zərbəsini də Neymar yerinə yetirib. Üç futbolçu arasında yaşayan gərginlik matçın sonunadək davam edib. Növbəti epizodların birində Mbappenin qazandığı penaltini vurmaq üçün topu E. Kavani görürüb. Bu dəfə isə uruqvaylı hücumçunun yanına Neymar gələrək topun ona verilməsini istəyir. Topu verməyi rədd edən E. Kavani 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmir. Oyundan sonra açıqlama verən PSJ-nin baş məşqçisi Unay Emeri deyib ki, klubda penaltiyi yaxşı vuran futbolçular çoxdur: “Əgər Neymar və Kavani bu məsələdə razılığa gəlməsələr, işə mən qarışacam”. Bütün bu hadisələrdən sonra Neymar “İnstagram” sosial şəbəkəsində E. Kavanini izləməyi dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top