Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ANALİZ

Politoloq: "Türkiyə hazırda İraq kürdlərinin əsas tərəfdaşı və dəstəkçilərindən biridir"

18.09.2017 18:52

"Türkiyə İraqın şimalındakı de-fakto kürd dövlətini son illər az qala öz əlləri ilə qurduğu halda, indi orada planlaşdırılan müstəqillik referendumuna etirazını bildirir". "Yeniavaz.com" xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli bildirib. Politoloq qeyd edib ki, Türkiyə hazırda Quzey İraq muxtar bölgəsinin əsas tərəfdaşı və dəstəkçilərindən biridir. Politoloq Şahin Cəfərlinin sosial şəbəkə hesabında yer alan yazısında Türkiyə ilə Quzey İraq muxtar bölgəsi arasındakı mövcud əlaqələrə də toxununb. Politoloq bəzi rəqəmlərə və faktlara qeyd edib:

1. İraq Almaniyadan sonra Türkiyənin 2 saylı ticarət tərəfdaşıdır. Türkiyə-İraq iqtisadi əməkdaşlığında əsas rolu məhz Bərzani bölgəsi oynayır. 2016-cı ildə ölkələr arasında qarşılıqlı ticarət həcmi 8,5 milyard dollar təşkil edib (neftin ucuzlaşmasından əvvəl – 2013-cü ildə bu miqdar 12 milyard idi) və ticarətdə əsas pay İraqın şimalına aiddir.

2. Quzey İraqda 1500-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir ki, bu da bölgədəki xarici şirkətlərin təxminən yarısı deməkdir. Türk şirkətləri bölgəyə (faktiki kürd dövlətinə) bir neçə milyard dollar sərmayə yatırıb, Ərbil hava limanı başda olmaqla, bir çox vacib infrastruktur layihəsini məhz türk iş adamları həyata keçirib. Ticarətin miqyasını təsəvvür etmək üçün qeyd edək ki, sərhəddəki Habur gömrük-keçid məntəqəsindən hər gün 3 mindən çox yük avtomobili keçir.

3. Türkiyə ilə Bərzani arasında strateji xarakterli əlaqələrdə enerji mühüm yer tutur. Kərkük neftini daşıyan boru xətti quzeydən keçərək Türkiyənin Yumurtalık limanına gedir və buradan ixrac olunur. Bir neçə il öncə İraq mərkəzi hökuməti ilə Bərzani arasında neft gəlirlərinin bölüşdürülməsi məsələsində münaqişə yarananda Türkiyə kimi dəstəkləmişdi? Məhz separatçı Bərzanini. Yəni Türkiyə hökuməti İraqın suverenlik hüququna zidd olaraq Bağdadla deyil, Ərbillə anlaşmağa üstünlük vermişdi. (Sonradan məsələ yoluna qoyulmuş kimi oldu, amma bu mövzuda narazılıqlar, mübahisələr yenə var.)

4. Quzey İraq təbii qazını Türkiyəyə və oradan Avropaya nəql etmək üçün boru kəmərinin inşa olunması gündəmdədir. Bu kəmərlə ildə 30 milyard kubmetr qazın nəqli nəzərdə tutulub və layihəyə Rusiya da ciddi maraq göstərir. (Müqayisə üçün: TANAP-la 16 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq.)

(Ümumiyyətlə, Türkiyənin regional enerji "hub"ı olmaq planlarında İraq istiqamətindən gələn və gəlməsi planlaşdırılan borular mühüm yer tutur.)

5. Türkiyə Bərzaninin ordusuna (peşmərgə) təlim keçən əsas ölkələrdən biridir. Yəni müstəqil dövlətin olmazsa olmaz atributu olan ordunun qurulmasında, başqa sözlə, Quzey İraqın müdafiəsinin gücləndirilməsində Türkiyə Bərzaniyə yaxından köməklik edib və edir. Hazırda İraqın şimalında məhdud sayda türk hərbi kontingenti dislokasiya olunub.

6. Türkiyənin Ərbildə diplomatik nümayəndəliyi – Baş Konsulluğu var.

Politoloq qeyd edib ki, faktların sayını artırmaq olar: "Məntiqi sual yaranır: Türkiyə Məsud Bərzaninin həyat amalının müstəqil Kürdüstan olduğunu çox yaxşı bildiyi və son illər orada dövlət quruculuğu işlərinə özü fəal dəstək verdiyi halda, indi niyə müstəqillik referendumuna gözlənilməz, qeyri-adi, şok olay kimi reaksiya verir? Bunu nə dərəcədə səmimi və ciddi qəbul etmək olar?.."

Oxundu 359

© 2017 - NSPSOLUTIONS