Bakıda sürücünün səhvi 2 nəfərin ölümünə səbəb oldu

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Saat 8 radələrində Xəzər rayonu ərazisində - Mərdəkan dairəsi yaxınlığında eyni istiqamətdə hərəkət edən iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən ikisi hadisə yerində vəfat edib. Daha iki nəfər isə xəsarət alıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

İlkin məlumata görə, qəzaya sürücülərdən birinin sürətlə hərəkət edən nəqliyyat vasitəsi ilə qeyri-dəqiq manevr etməsi səbəb olub.lent.az

DİGƏR XƏBƏRLƏR

Top