Qadın öz həyat yoldaşını bıçaqlayıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top