Avtomobilin qarşısını kəsib sürücunü bıçaqladı ŞƏKİDƏ

Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb. 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb. Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub. Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.Report

DİGƏR XƏBƏRLƏR

Top