Dünyanın ən qoca sakini vəfat edib

"Mirror" nəşri dünyanın ən qoca sakininin – 117 yaşlı Yamayka vətəndaşı Vayolet Braunun ölümü haqda xəbər verib.

Qadın 1900-cü ildə, ada hələ Britaniya imperiyasının tərkibində olarkən dünyaya gəlib.

Braunun ölümü haqqında ada hökumətin baş naziri Endryu Holnes xəbər verib. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

Xatırladaq ki, qadın italyan Emma Moranın ölümündən sonra ən qoca insan statusunu alıb. Report

DİGƏR XƏBƏRLƏR

Top