2024 və 2028-ci il Olimpiya Oyunlarının paytaxtları elan edildi

2024 və 2028-ci il Yay Olimpiya Oyunları Paris və Los-Anceles şəhərlərində keçiriləcək.

Qərar Beynəlxalq Olimpiya Komitəsinin Limada (Peru) keçirdiyi iclasında qəbul olunub.

Qərar yekdilliklə qəbul edilib. Bu şəhərlər avtomatik olaraq Paralimpiya Oyunlarına da ev sahibliyi edəcəklər.

Qeyd edək ki, Paris sonuncu dəfə 1924-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edib.

2020-ci il Yay Olimpiya Oyunları Tokioda keçiriləcək. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top