Rəşad Sadıqov futbol tarixində nadir göstəriciyə imza atıb

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov dünya üçün nadir hesab olunan tarixi göstəriciyə imza atıb. 35 yaşlı müdafiəçi eyni gündə avrokuboklarda həm məşqçi, həm də futbolçu olaraq iştirak edən şəxs kimi futbol tarixinə düşüb.

Sadıqov baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasını Gənclər Liqasında “Çelsi” ilə oyuna (0:5) çıxaran millimizin kapitanı Çempionlar Liqasının qrup mərhələsində London klubu ilə keçirilən matçda (0:6) ilk 70 dəqiqədə meydanda olub. O, iki böyükhesablı məğlubiyyətə üzülüb. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top