Son 9 ildə SOCAR-ın borcları 2,1 milyarddan 13,7 milyarda yüksəlib İNFOQRAFİKA

Son 9 il ərzində - 2008-2016-cı illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil edilən neftin həcmi 1 milyon 129 min ton və ya 13% azalaraq 8 milyon 651 min tondan 7 milyon 522,4 min tona qədər azalıb. "Yeniavaz.com"un SOCAR-dan açıqlanan statistik məlumatlara istinadən apardığı hesablama göstərir ki, neft hasilatının azalmasına paralel olaraq Şirkətin borclar kəskin şəkildə artıb. Belə ki, son 9 il ərzində SOCAR-ın borc öhdəliyi 6,5 dəfə artaraq 2 milyard 111 milyon manatdan 13 milyard 736 milyon manata yüksəlib.

Məlumat üçün qeyd edək ki, ötən ay "Moody's Investors Service" (Moody's) agentliyi SOCAR-ın reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib. "Moody's" Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2" borcun "əhəmiyyətli kredit riski"nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir. Yəni SOCAR borclarını qaytara bilməyə bilər. Reytinqlərin azaldılması Azərbaycanın fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar hökumətin SOCAR-a kömək edə bilməyəcəyi ehtimalını artırır.

DİGƏR XƏBƏRLƏR

Top