​"Moody's" SOCAR-ın reytinqini aşağı salıb

"Moody's Investors Service" (Moody's) bu gün istiqrazlar daxil milyardlarla borcu olan SOCAR-ın reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib. Bu barədə "Moody's"dən məlumat verilib. "Moody's" Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2" borcun "əhəmiyyətli kredit riski"nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir. Yəni SOCAR borclarını qaytara bilməyə bilər. Reytinqlərin azaldılması Azərbaycanın fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar hökumətin SOCAR-a kömək edə bilməyəcəyi ehtimalını artırır.

“Moody`s”-in analitikləri ölkənin ümumi dövlət borcunun ötən ildə ÜDM-in 51%-dən 2017-ci ildə təxminən 52%-dək və gələn ilin sonuna ÜDM-in 55%-dən artıq səviyyəsində qədər artırılmasını gözləyir. Onların proqnozlarına əsasən, 2016-cı ilin yekunları üzrə real ÜDM təxminən 4% azalandan sonra bu il təxminən 1,5%-dək azalacaq. marja

DİGƏR XƏBƏRLƏR

Top