Rusiyada dünya çempionunun qətlinə görə daha 2 nəfər barəsində cinayət işi açılıb

Pauerliftinq üzrə dünya çempionu Andrey Draçevin ölümündən əvvəl vəziyyətdə Rusiya Federasiyasi Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin əməkdaşlarının fəaliyyətsizliyi haqqında məlumatlar təsdiqini taparsa, onlar qovulacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Qvardiyasından deyiblər. Hazırda Rusiya Qvardiyasında dairə komandanlığının şəxsi nəzarəti altında daxili yoxlama aparılır. Xatırladaq ki, A. Draçev və hazırda federal axtarışda olan azərbaycanlı Anar Allahverənov arasında münaqişə avqustun 20-i səhər saatlarında Xabarovskın mərkəzindəki “Qalereya” kafesində baş verib. Dava zamanı A. Draçev Anarın zərbəsini buraxaraq yıxılıb və huşunu itirib. Onu xəstəxanaya aparıblar, lakin idmançı aldığı kəllə-beyin travmasından dünyasını dəyişib. A. Allahverənov gizlənib və axtarışa verilib. Müstəntiqlər çağırışa gələn Rusiya Qvardiyasının əməkdaşlarını davanı dayandırmadıqlarına görə səhlənkarlıqda şübhəli biliblər. Qeyd edilir ki, onların fəaliyyətsizliyi nəticəsində kişilər arasında daha bir dava düşüb və bu, pauerliftinqçinin ölümünə gətirib çıxarıb. İstintaq Komitəsi “Qətl” maddəsi üzrə cinayət işini araşdırır. Bu maddə 20 ilədək azadlıqdan məhrum etməni və ya ömürlük həbs cəzasını nəzərdə tutur. A. Allahverənov axtarılır, onun yeri barədə polisə məlumat verən şəxsi 500 min rubladək pul mükafatı gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top