MDB-də kartof istehsalı: Azərbaycan sondan 2-cidir? CƏDVƏL

Azərbaycan adambaşına düşən kartof istehsalına görə Müstəqi Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasınada yalnız Moldovadan öndədir. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, Azərbaycanda adambaşına il ərzində 94 kiloqram kartof istehsal olunub. Bu göstərici qonşu Ermənistanla müqayisədə 2,6 dəfə azdır. Belə ki, Ermənistanda il ərzində adambaşına 245 kiloqram kartof istehsal olunur. Ən yüksək kartof istehsalı Belarusda qeydə alınıb. Belarusda il ərzində adambaşına 630 kiloqram kartof istehsal olunur ki, bu da, Azərbaycanla müqayisədə 6,7 dəfə çoxdur. Bundan başqa il ərzində Rusiyada adambaşına 212 kiloqra, Qazaxıstanda 200 kiloqram, Qırğızıstanda 228 kiloqram, Tacikistanda 104 kiloqram, Ukraynada 512 kiloqram, Moldovada isə 60 kiloqram kartof istehsal edilir.

DİGƏR XƏBƏRLƏR

Top