Firdovsi Umudov: İdmanı siyasətdən uzaq tutmaq istəsək də…

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

Qripdən qorunmaq üçün nə etməli - Rusiyalı həkimdən məsləhət

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

İDMAN

Dino:"Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik"

24.08.2017 11:02

“Nə deyə bilərəm? “Qarabağ” məqsədinə çatdı, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hamı kimi, mən də sevincliyəm”. Bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”ə 1:2 hesabı ilə uduzsa da, adını qrup mərhələsinə yazdırmağı bacarıb. Bakıya qayıdan komandanın futbolçusu Ndlovu jurnalistlərə qısa açıqlama verib. O, diqqətini artıq “Qəbələ” ilə bu həftə baş tutacaq çempionat oyununa yönəltdiyini bildirib: “Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik. Təbii ki, imza atdığımız uğur azarkeşlərimiz üçün də böyük önəm kəsb edir. Püşkatma haqda danışmaq istəmirəm. Rəqiblərimiz bilinəndən sonra fikir yürütmək olar. Məni bu dəqiqə püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”.Apasport

Oxundu 219

© 2018 - NSPSOLUTIONS