Qadın oğlu ilə birləşib, ərini öldürdü - Dəhşətli ailə cinayəti

Ağsu rayonunda qətl törədilib. Rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.Apa

DİGƏR XƏBƏRLƏR

Top