Ekspert: "Azərbaycanda quraşdırılan modul məktəblər çox primitivdir"

Torpağın təyinatı hansı hallarda dəyişdirilə bilər?

Filippin Prezidenti oğlunu öldürəcəyinə dair vəd verdi

Cümə axşamı, 21 sentyabr 2017
TR EN RU

Menu

Cümə axşamı, 21 sentyabr 2017
EN TR RU

CƏMİYYƏT

İt dişləməsi zamanı ilk tibbi yardım necə edilməlidir?

23.08.2017 20:25

Son vaxtlar paytaxtda, xüsusilə Sumqayıtda it dişləməsi ilə bağlı xəstəxanaya müraciətlərin sayı artıb. Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib. İt insanı, o cümlədən də uşaqları dişləməklə ağır xəsarət yetirə bilər. Qeyd edək ki, it dişləməsi nəticəsində avqustun 17-də Zeynəb Mikayılzadə adlı 5 yaşlı Sumqayıt sakini dünyasını dəyişib.

Tibbi ekspert Adil Qeybulla deyib: “İtlərin xüsusilə, sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsi nəticəsində dərinin tamlığı pozulur, yumşaq toxumaların deşilmiş və cırılmış yarası əmələ gəlir. İtlərin ağzında çoxlu xəstəlik törədən mikroblar, tetanus xəstəliyi törədiciləri və quduzluq virusları olur. İt dişləyən zaman itin tüpürcəyi ilə birlikdə həmin mikroblar yaraya düşür və ordan da qana keçir. Virus bədənə düşdükdən sonra çoxalmağa başlayır, xüsusilə, sinir hüceyrələrinin zədələnməsi baş verir. İnsanlarda sudan qorxma, işıqdan qorxma əlamətləri olur. Getdikcə beyin pozuntuları və sinir impulslarının pozulması baş verir və insan boğulmadan, qırtlaq bölgəsində qıcolmalardan dünyasını dəyişir”. Quduzluq çox ağır xəstəlikdir, heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə olunmasa, 100 faiz hallarda ölümlə nəticələnir.

Tibbi ekspert qeyd edir ki, istənilən halda heyvan dişləməsi zamanı dərhal tədbir görmək lazımdır. Ilk növbədə, həmin heyvan 40 gün nəzarətdə saxlanmalıdır. İnsana profilaktik olaraq quduzluq əleyhinə vaksin vurulmalıdır. 40 gün ərzində heyvanda hər hansı qəribə hallara rast gəlməsəz, qorxuya ehtiyac yoxdur.

İt dişləməsi zamanı ilk tibbi yardım necə edilməlidir?

Əgər qanaxma çox güclü deyilsə, qanaxmanı dayandırmağa tələsməyin. Çünki yaraya düşmüş mikroblu tüpürcək də qanla birlikdə yaradan kənarlaşır. Yaranı axar su altında sabunla yaxşıca yumaq lazımdır. Quduzluq virusları sabunun qələvi muhitində ölür. Paltar sabunu daha çox qələvidir, ona görə paltar sabunu daha yaxşıdır. İt dişlərinin əmələ gətirdiyi yaranı kifayət qədər yuduqdan sonra üzərinə təmiz (steril) material (bint, marli, salfetka və s.) qoyun. Yaranı sıxan sarğı qoymayın. Təcili yardım briqadası gəlməyi mümkün deyilsə, həkimə getmək lazımdır. Çünki quduzluq əleyhinə vaksin vurulması və digər tibbi yardım həkim tərəfindən göstərilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib. Onların arasında it dişləmələrinin üstünlük təşkil edir. Ötən il it dişləməsi nəticəsində 3 nəfər quduzluq xəstəliyinə yoluxub və dünyasını dəyişib. Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və onların arasında it dişləmələri əsas yer tutur.Metbuat.az

Oxundu 197

© 2017 - NSPSOLUTIONS