İŞİD Liviyanın 9 hərbçisinin başını kəsdi

İŞİD terror qruplaşmasının silahlıları Liviya milli ordusunun mövqelərinə hücum edərək doqquz hərbçinin başını kəsib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu hərbçilərin nümayəndəsi polkovnik Əhməd əl-Mismari deyib. Onun sözlərinə görə, İŞİD silahlıları eyni üsulla iki dinc sakini də öldürüblər. Liviya milli ordusunun ön mövqesinə hücum Tripoli şəhərinin 500 kilometr cənubunda baş verib.

Qeyd edək ki, hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqindəki Tobruk şəhərində xalqın seçdiyi parlment, qərbindəki paytaxt Tripolidə isə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış Faez Sarracın başçılıq etdiyi miilli uzlaşma hökuməti idarə edir. Ölkənin şərq hissəsinin hakimiyyəyi Tripolidən azad fəaliyyət göstərir və marşal Xəlifə Xəftərin başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.

DİGƏR XƏBƏRLƏR

Top