"Qarabağ" və "Çelsi" komandalarının start heyətləri açıqlanıb

Cənubi Koreyaya qaçmaq istəyən Şimali Koreya əsgəri vuruldu - VİDEO

Nazir: “Hər il Qarabağ əlilləri və şəhid ailələrinə 500-600 mənzilin verilməsi nəzərdə tutulur”

çərşənbə, 22 noyabr 2017
TR EN RU

Menu

çərşənbə, 22 noyabr 2017
EN TR RU

GÜNDƏM

İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib

23.08.2017 18:31

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir. Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

Bundan başqa, Nazirlər Kabineti iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir. Eyni zamanda, Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etməlidir.

Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.

Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Nazirlər Kabineti Aparatının strukturu aşağıdakı kimi müəyyənləşdirilib:

1.1. Baş nazirin xidməti
1.2. Baş nazirin birinci müavininin xidməti
1.3. Baş nazirin müavinlərinin xidmətləri
1.4. Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
1.5. Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti
2.1. Hüquq şöbəsi
2.2. Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi
2.3. Humanitar və sosial məsələləri şöbəsi
2.4. Beynəlxalq əlaqələr şöbəsi
2.5. Sənaye və energetika məsələləri şöbəsi
2.6. Neft və kimya məsələləri şöbəsi
2.7. Kənd təsərrüfatı məsələləri şöbəsi
2.8. Ekologiya məsələləri şöbəsi
2.9. Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi
2.10. Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi
2.11. Regionların inkişafı məsələləri şöbəsi
2.12. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi
2.13. Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi
2.14. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
2.15. Mətbuat xidməti
3. İşlər idarəsi

Oxundu 174

© 2017 - NSPSOLUTIONS