Runi yığmada karyerasını başa vurdu

“Everton”un hücumçusu Ueyn Runi futbol üzrə İngiltərə yığmasında daha oynamayacağını bildirib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, futbolçu çətin qərar qəbul etdiyini deyib. O bildirib ki, qərarını “Everton”dakı meneceri və yaxınları ilə müzakirə edib. 31 yaşlı U. Runinin sözlərinə görə, İngiltərə yığmasında oynamaq onun üçün həmişə xüsusi olub. Qeyd edək ki, U. Runi İngiltərə millisinin tərkibində 119 oyun keçirib və 53 qol vurub. O, yığmanın ən yaxşı bombardirir.

DİGƏR XƏBƏRLƏR

Top