ABŞ ermənini sanksiya siyahısına saldı

ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət departamenti (OFAC) altı nəfəri Şimali Koreya üzrə sanksiya siyahısına daxil edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə qurumun bəyanatında deyilir. Adı sanksiya siyahısına salınanlardan dördü Rusiya vətəndaşıdır. Bunlar “Velmur management PTE LTD” şirkəti ilə bağlı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun trading corporation” şirkətləri ilə əlaqəli olan Ruben Kirakosyan, habelə Mixail Pisklin və Andrey Serbindir. Bundan başqa, Moskvada qeydiyyatdan keçmiş “Qefest-M” şirkəti də sanksiyaya məruz qalıb. Şirkət Şimali Koreyanın “Tanqun” ticarət korporasiyası ilə əlaqə saxlamaqda ittiham olunur. Məhdudiyyətlər Çinin beş, Namibiyanın iki və Sinqapurun iki şirkətini əhatə edib.

DİGƏR XƏBƏRLƏR

Top