Vaqif Əsədov: Bizdə siqnal verə-verə ailə qururlar

Əkrəm Həsənov: "Elman Rüstəmovun müavininin dedikləri ağ yalandır"

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

Cümə axşamı, 23 noyabr 2017
TR EN RU

Menu

Cümə axşamı, 23 noyabr 2017
EN TR RU

DÜNYA

Paris turistlərin sayına görə rekord müəyyənləşdirdi

22.08.2017 18:34

Bu ilin birinci yarısında Fransanın paytaxtı Parisə son 10 ilin ən çox turist səfəri baş tutub.

“Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Paris Regional Turizm Komitəsindən deyiblər. Komitənin məlumatına əsasən, Parisə gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon nəfər artıb. Belə ki, cari ilin birinci yarısında Parisi 16 milyon turist ziyarət edib, bunu da eyni dövrlərlə müqayisə etdikdə son 10 ilin ən çox turist ziyarəti olduğu ortaya çıxır. Parisə gələnlər arasında 1,14 milyon nəfərlə amerikalılar birinci yeri tutur. Fransa Turizm Nazirliyi ilin sonunda ölkəyə gələn turist sayının 89 milyona çataraq rekord müəyyənləşdirilməsini gözləyir.

Xatırladaq ki, 7 yanvar 2015-ci il tarixində “Charlie Hebdo” nəşrinə həyata keçirilən terror hücumu ilə başlayan və 2015-ci ilin noyabrında sayı artan hücumlar nəticəsində Paris xeyli sayda turist itirmişdi.

Oxundu 201

© 2017 - NSPSOLUTIONS