Ekspert: "Azərbaycanda quraşdırılan modul məktəblər çox primitivdir"

Torpağın təyinatı hansı hallarda dəyişdirilə bilər?

Filippin Prezidenti oğlunu öldürəcəyinə dair vəd verdi

Cümə axşamı, 21 sentyabr 2017
TR EN RU

Menu

Cümə axşamı, 21 sentyabr 2017
EN TR RU

CƏMİYYƏT

Haqqımızı məhdudlaşdıran hüquq - "Qanuna edilən bu dəyişiklik anlaşılan deyil"

22.08.2017 16:12

"Hüquq dedikdə ilk olaraq ağlımıza hər hansı bir durumda xeyrimizə olan bir hal gəlir. Məsələn, seçki hüququ bizə səsvermədə iştirak haqqı verir, aliment almaq hüququ dolanmaq üçün valideynlərdən pul almaq haqqı verir. Yəni bildiyimiz kimi, hüquq hər zaman bizə nəsə verir.

Ancaq "Əmək pensiyaları haqqında" Qanunda bir hüquq var ki, o bizə nəsə vermək əvəzinə, mövcud vəziyyətdə verdiyindən daha çoxundan məhrum edir. "Gülməli gələ bilər, ancaq bu belədir". "Yeniavaz.com" saytının məlumatına görə, bu fikirləri hüquqşünas Elnur Əliyev bildirib.

Elnur Əliyev məsələni belə izah edib: "Deməli, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, hər bir uşağın ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə bu müavinətin məbləği hər uşaq üçün 60 manat müəyyən edilib. Yəni ata və ya ana öldükdən sonra ailədə 3 uşaq varsa, hər birinə 60 manat olmaqla ümumilikdə 180 manat müavinət ala bilir. Üstəlik, ana da işləməyib 8 yaşınadək uşaqlara baxırsa, onun da 60 manat müavinətə hüququ vardır. Beləliklə, ata vəfat etdikdən sonra 3 uşaq və ana birlikdə 240 manat müavinət ala bilər. Lakin qanun belə bir şərt müəyyən edir ki, bu müavinəti almaq üçün gərək həmin uşaqların və ananın pensiya hüququ olmasın.

Bildiyiniz kimi, şəxs vəfat etdikdə sığorta stajı və sosial sığorta hesabında kifayət qədər vəsaiti varsa, onun 18 yaşına çatmamış uşaqlarının ailə başçısını itirməyə görə pensiya hüququ vardır. Bu bir hüquqdur və vəfat edənin sosial sığorta ödənişlərinə əsaslanır. Pensiya qanunvericiliyində edilən son dəyişikliyə görə, əgər ailə başçısı vəfat etdikdə onun sosial sığorta hesabında yığılmış məbləğ və ya ölən pensiyaçı olubsa, onun pensiyası ailə üzvləri arasında bölünməklə onlara pensiya təyin edilir.

İndi qayıdaq bayaqkı misalda göstərilən ailəyə. 40 yaşlı ata öldükdə sosial sığorta hesabında 10 min manat pul varsa, ona cəmisi 133 manat pensiya düşür və bu məbləğ vəfat etmiş şəxsin pensiya hüququ yaranmış ailə üzvləri arasında bölündüyündən hər ailə üzvünə cəmi 33 manat pensiya düşür. Beləliklə, 33 manat məbləğində pensiyanı almaq hüququ atasını itirmiş uşağı 60 manat məbləğində sosial müavinət almaq hüququndan məhrum edir. Halbuki sosial təminatın məqsədi çətin vəziyyətdə olan şəxslərin vəziyyətini yaxşılaşdırmaqdır".

Elnur Əliyev bildirib ki, bu barədə sosial təminat sahəsində çalışan dostlara məlumat verib: "Ümid edirəm ki, bu bir anlaşılmazlıqdır və tezliklə aradan qaldırılacaq".

Oxundu 168

© 2017 - NSPSOLUTIONS