Ən çox qazanan aktyorlar

2017-ci ilin ən çox qazanan aktyoru Mark Uolberqdir. “Yeniavaz.com”un “Ren TV”yə istinadən verdiyi məlumata görə, bu barədə “Forbes” jurnalının hesabatında deyilir. Belə ki, o bu il 68 milyon dollar qazanıb. “Salam, ata, Yeni il! -2” və “Transformerlər: Sonuncu cəngavər” filmlərindəki rollar aktyora bu qədər pul qazanmağa imkan verib. Reytinqin ikinci yerində isə Dueyn Conson qərarlaşıb. O, “Malibu xilasediciləri” və “Cumanci” kimi filmlərində rol aldığına görə il ərzində 65 milyon dollar qazanıb. İlk üçlüyü isə Van Dizel tamamlayır. Onun illik gəliri 54,5 milyon dollar təşkil edib. Aktyora “Forsaj- 8” və “Üç iks” filmləri pul qazandırıb. İlk onluğa həmçinin, Adam Sendler, Ceki Çan, kiçik Robert Dauni, Tom Kruz, Şahruh Xan, Salman Xan və Akşay Kumar daxil olublar.

DİGƏR XƏBƏRLƏR

Top