Koalisiya qüvvələri Raqqada 19 uşaq öldürdü

Ötən sutkalar ərzində ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Raqqa şəhərinin yaşayış məhəllələrinə endirdiyi zərbələr nəticəsində azı 42 dinc sakin ölüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Londonda yerləşən “Suriya İnsan Haqlarının Monitorinq Mərkəzi” qeyri-hökumət təşkilatından deyiblər. Qeyd edilir ki, ölənlər arasında 19 uşaq da var. Şəhərin şimal hissəsi daha çox zərbəyə məruz qalıb. Koalisiyaya məxsus HHQ Raqqanın küçələrində İŞİD silahlıları ilə döyüşlər aparan “Demokratik Suriya Qüvvələri” birləşmələrinə dəstək verir. Xatırladaq ki, Raqqaya hücum iyunun 6-da başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top