“Android” əməliyyat sisteminin yeni versiyası təqdim oldundu

“Google” şirkəti “Android” əməliyyat sisteminin yeni versiyası olan 8.0-ı rəsmi olaraq təqdim edib.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə korporasiyanın bloqunda məlumat verilir. Əməliyyat sisteminin yeni versiyası “Oreo” adı alıb. Qeyd edilir ki, “Android Oreo” heç vaxt olmadığı qədər ağıllı, sürətli və güclüdür. “Google” nümayəndələrinin məlumatına əsasən, “Android 8.0” “şəkildə şəkil” (“Picture in Picture”) funksiyası ilə işi asanlaşdırır. Artıq yeni əməliyyat sisteminin istifadəçiləri eyni vaxtda iki əlavəni görə biləcəklər. Bundan başqa, “Android 8.0” çərçivəsində bildirişlər sistemi modernləşdirilib, belə ki, daha vacib əlavələrdən (məsələn, smartfonun iş masasında olanlar) gələn məlumatlarla iş daha operativ olacaq. Digər tərəfdən, “Android Oreo” avtomatik doldurma funksiyası ilə təchiz edilib ki, bu da menyudan daha asan istifadə etməyə və müxtəlif tarşırıqları yerinə yetirməyə imkan verəcək. Nəhayət yeni versiya daha etibarlı müdafiə vasirələri ilə təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Top