"Qarabağ" və "Çelsi" komandalarının start heyətləri açıqlanıb

Cənubi Koreyaya qaçmaq istəyən Şimali Koreya əsgəri vuruldu - VİDEO

Nazir: “Hər il Qarabağ əlilləri və şəhid ailələrinə 500-600 mənzilin verilməsi nəzərdə tutulur”

çərşənbə, 22 noyabr 2017
TR EN RU

Menu

çərşənbə, 22 noyabr 2017
EN TR RU

CƏMİYYƏT

Diqqət - Bu qidalar erkən yeniyetməliyə səbəb olur

22.08.2017 10:28

Organik olaraq istehsal olunmayan horman və qatqı maddələri ilə becərilən meyvə-tərəvəz erkən yeniyetməliyə səbəb olur. Türkiyədə son 10 ildə diqqət çəkən erkən yeniyetməlik problemi, qız uşaqlarında daha çox müşahidə olunmağa başlanılıb. Bu mövzu ilə əlaqədar danışan Qadın xəstəlikləri, doğum və süni mayalanma üzrə mütəxəssis, dosent Çağcıl Yetim, erkən diaqnoz və müalicə ilə yeniyetməliyin dayandıra biləcəyini ifadə edərək “ düzgün və dəqiq diaqnozdan sonra erkən yeniyetməlik dayandırıla bilər ” dedi. O, bundan əlavə, eyni zamanda qatqı maddələri qədər təsirli olmasa da olmasa da iqlim dəyişikliyi, fiziki şərtlər, istifadə olunan plastik ləvazimatların da erkən yeniyetməliyə yol aça biləcəyini dedi. Aparılan tədqiqatlar, alınan qidalar içində tapılan hormon və qatqı maddələrinin uşaqlarda erkən yeniyetməliyə səbəb olduğunu göstərir. Təbii yollarla becərilmədiyi üçün pomidor, çiyələk, göyərti, alma, portağal və digər meyvə-tərəvəz məhsulları, hormonal böyüdülən heyvanların ətləri və yumurtalar; erkən yeniyetməliyə səbəb olur. Mütəxəssislər, erkən yeniyetməliyə qız uşaqlarında daha çox rastlandığını ifadə edirlər. Yeniyetməliyə xas xüsusiyyətlərin daha erkən başlandığı bu deyilənləri əsaslandırır. Eyni vəziyyət oğlanlarda müşahidə oluna bilər. Qoltuq altında tüklənmə, səsdə qalınlaşma, vücud əzələ sisteminin inkişafı və yetkin görünməyə səbəb hal kimi müşahidə olunarsa bu erkən yeniyetməliyi göstərən əlamətlərdir.

Yeniyetməlik nədir?

Yeniyetməlik, uşaqlıqdan yetkinlik dövrünə atılan addımdır. Normal şərtlər çərçivəsində yeniyetməlik qızlarda 8-13, oğlanlarda isə 9-14 yaş arasıdır. Əgər yetkinliyə aid əlamətlər qızlarda 8, oğlanlarda 9 yaşından əvvəl müşahidə olunursa bu, erkən yetkinlik yaşının başlanması deməkdir.

İqlim dəyişikliyi də təsiredicidir

Aparılan tədqiqatlara görə, aldığımız qidaların içində olan hormonal və qatqı maddələrinin uşaqlarda erkən yeniyetməliyə səbəb olduğunu göstərdiyini vurğulayan Çağcıl Yetim, “eyni zamanda qatqı maddələri qədər olmasa da iqlim dəyişiklikləri, fiziki şərtlər, istifadə olunan plastik ləvazimatların içindəki kimyəvi təsirlər də erkən yeniyetməliyə səbəb olur”. Köklüyün də qız uşaqlarında erkən yeniyetməliyə səbəb olduğu bilinməktədir. “Fast-food” tərzi və süni sənaye məhsulları ilə bəslənmə vərdişləri bədəndəki yağlılıq faizini artıraraq erkən yetkinliyə səbəb ola bilər” –deyə bildirib. O, erkən yetkinliyə səbəb olan uşaqların kökəlməməsi üçün daha keyfiyyətli, sağlam qidalanmanın və idmanla məşğul olmağın da təşviq edilməsini vurğulayıb.

Müalicəsi barədə..

Dr. Çağcıl Yetim, erkən yeniyetməlik problemində həlli yolu olaraq endokrinoloq, ginekoloq və psixoloqun nizamlı yanaşması ilə mümkün olduğunu qeyd etdi. O, düzgün diaqnozdan sonra vəziyyətin nəzarətdə saxlanılaraq müalicə aparılmasını məqsədə uyğun sayır. Onun fikrincə, normal yeniyetməlik yaşı gözlənilərək, həmin dərmanlar dayandırılaraq yeniyetməliyin inkişafına icazə verilər. Qidalanma vərdişini və istifadə olunan ləvazimatları da yenidən gözdən keçirmək mühümdür.Snt.az

Oxundu 201

© 2017 - NSPSOLUTIONS