"Qarabağ" və "Çelsi" komandalarının start heyətləri açıqlanıb

Cənubi Koreyaya qaçmaq istəyən Şimali Koreya əsgəri vuruldu - VİDEO

Nazir: “Hər il Qarabağ əlilləri və şəhid ailələrinə 500-600 mənzilin verilməsi nəzərdə tutulur”

çərşənbə, 22 noyabr 2017
TR EN RU

Menu

çərşənbə, 22 noyabr 2017
EN TR RU

CƏMİYYƏT

Elçibəyin vəfatından 17 il ötür

22.08.2017 09:33

Bu gün milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin vəfatından 17 il ötür. Ə.Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Əbülfəz Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. Əbülfəz Elçibəy 70-ci illərdə Azərbaycandakı dissident siyasi fikrin nümayəndələrindən olub. O, Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hadisələr nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Oxundu 171

© 2017 - NSPSOLUTIONS